BAĞLAMAQf 1. İp və başqa materiallar vasitəsilə şeyləri bir-birinə rəbt etmək. Atları axura bağlamaq. Qayığı körpüyə bağlamaq. Toyuğun ayaqlarını bağlamaq.
// İp və s. ilə bir şeyi başqasma və ya bir neçə şeyi bir yerə rəbt etmək, tərtib etmək, düzəltmək. Gül dəstəsi bağlamaq. Şələ bağlamaq. Dərz bağlamaq. // Boğça etmək, boğça halına gətirmək. Paltarlarını bağlamaq. Şeylərini bağlamaq. Sarımaq, sarğı keçirmək, sarğı ilə sarımaq. Yaranı bağlamaq. Başına yaylıq bağlamaq. - [Rüstəm bəy:] Yara gərək bağlana, bağlanmasa olmaz. Bəlkə xətərli yaradır. N.Vəzirov. ..Ağarza kəmərini bağlayıb, onun dalınca tələsdi. Mir Cəlal. Taxmaq, asmaq, qurşanmaq. Belinə qurşaq bağlamaq. Xəncər bağlamaq. Tapança bağlamaq. Qapamaq, qıfıllamaq, kilidləmək. Qapıları bağlamaq. Dükanları bağlamaq. [Növrəstə:] Necə eləyim, ana! Bir də görəcəksən, gəldi qapını bağladı. Ə.Haqverdiyev. Düymələmək, ilməkləmək, keçirmək. Paltonun yaxasını bağlamaq. Yapışdırmaq. Paketin ağzını bağlamaq. Kəsmək, qabağını almaq, mane olmaq. Yolu bağlamaq. Suyu bağlamaq. Qazı bağlamaq. məc. Məğlub etmək, üstün gəlmək (deyişmədə). Zərnişan onunla [aşıqla] deyişmişdi. “Sinədən ” dediyi sözlərlə aşığı bağlamışdı. M.Arif. Qurmaq, düzəltmək, qayırmaq, quraşdırmaq, tikmək. Kərdi bağlamaq. Qundaq bağlamaq. Körpü bağlamaq. İsnad vermək, üzərinə atmaq, əlaqədar etmək. İşin axırını gətirib ona bağladılar. - Bu iftiranı ingilislər ədavət yolunda İran dövlətinə bağlayıb, qəzetlərində yazırlar. M.F.Axundzadə. Hər kəsə bağlayırıq hər cürə böhtan, olsun. M.Ə.Sabir. məc. Birləşdirmək, yaxmlaşdırmaq, əlaqələndirmək, rəbt etmək. Onları tale bir-birinə bağladı. Ə.Əbülhəsən. O öz həyatını mənim müəyyən olmayan həyatımla bağlamaqdan heç də qorxmayır. M.S.Ordubadi. Alovlu gəncliyin bitməz və isti ehtirasları onları bir-birinə bağlamışdı. Mir Cəlal. məc. Rəbt etmək, quraşdırmaq, bir araya gətirmək. Cümlələri bir-birinə bağlamaq. Bu adam iki sözü bir-birinə bağlaya bilmir. Bənd etmək, aşıq etmək. Necə ki, haman adam da sənin damarını tapdı, ruhunu oxşadı və özünə bağladı. M.S.Ordubadi. Yazmaq, tərtib etmək, qoşmaq, düzəltmək. Kitab bağlamaq. Akt bağlamaq. Dastan bağlamaq. - [Kərim baba:] Mən əgər yazıpozu bilsəydim, gənclikdə göstərdiyim igidlikləri bir-bir yazar, böyük bir kitab bağlardım. A.Şaiq. məc. Ləğv etmək, təsviyə etmək, yığışdırmaq, aradan qaldırmaq, rəsmən qadağan etmək. Bir şeyin gedişini dayandırmaq, nəhayət vermək. İclası bağlamaq. Konfransı bağlamaq. Sərgini bağlamaq. Üz tutmaq, örtülmək. Qaymaq bağlamaq. Köz bağlamaq (yara). Qabar bağlamaq. Piy bağlamaq. His bağlamaq. Qartmaq bağlamaq. Kif bağlamaq. - Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. M.İbrahimov. O zaman üzəri sıx bulud layları ilə örtülmüş göy, buz bağlamış bir göl kimi çatladı. Ə.Məmmədxanlı. Hasil etmək, zahir etmək, əmələ gətirmək. Toxum bağlamaq. Rişə bağlamaq. Qabıq bağlamaq. Daş bağlamaq. Təşkil etmək, düzəltmək. Sıra bağlamaq. Səf bağlamaq. Bir məsələ və ya təəhhüd haqqında birisi ilə rəsmi olaraq müəyyən qaydada razılaşmaq, şərtləşmək; qəbul etmək, imzalamaq. Sülh bağlamaq. Müqavilə bağlamaq. Şərt bağlamaq. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: bel bağlamaq, könül bağlamaq, ümid bağlamaq. Paylaşın - Hamı bilsin
|