BAĞLANMAQ1. “Bağlamaq”dan məch. Həyətin küncündə, çardağın altında bir çılpaq ağ at bağlanmışdı. C.Məmmədquluzadə. Bahadır atlar bağlanan yerə gedib gördü ki, Novruz xoruldayır. N.Nərimanov.
// Bitmək, bitmiş olduğu elan edilmək. İclas bağlandı. qayıd. Qapanmaq, qıfıllanmaq, kilidlənmək. Qapı bağlandı. Evdə bağlanıb bayıra çıxmamaq. məc. Vurulmaq, aşiq olmaq, məftun olmaq, bənd olmaq. Füzuli zülfünə bağlandı, əmma öylə incəldi; Ki, guya zəf onu həm zülfünə bir tari-mu eylər. Füzuli. Nəriman qəlbi ilə nişanlısına nə qədər bərk bağlandığını düşündü. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|