BAĞIRis. 1. Qaraciyər.
Ürək, qəlb mənasında. Ey Füzuli, ol sənəm əfğanıma rəhm eyləməz; Daşə bənzər bağrı, təsir eyləməz əfğan ona. Füzuli. Edən qan qönçə tək bağrım o ləli-abidar olmuş. Nəbati. Oxuduqca şirin-şirin diliniz; Bağrım olur şana-şana, durnalar. M.V.Vidadi. □□ Bagrı çatlamaq - 1) davam gətirməyib ölmək, ürəyi partlamaq. Atı o qədər bərk sürdü ki, heyvanın az qala bağrı çatlamışdı. [Tarverdi:] Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı. M.F.Axundzadə. Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. M.S.Ordubadi. [Əbdül:] İndi biçarə Saraya necə deyim ki, Bəhram gəlmir, bağrı çatlar. C.Cabbarlı; 2) bax bagrı yarılmaq; - ürəyi bərk darıxmaq. Uşaq olmasaydı, qızın bağrı çatlardı. M.S.Ordubadi. [Vəli:] Yaxşı ki, bir yerdəyik, tək olsaydıq, adamın bağrı çatlardı. M.Hüseyn. Bagrı daşa dönmək - çox sərt olmaq, insafsız olmaq, rəhmsiz olmaq, sərtləşmək. Təğafül etməyin, Allahı sevər; Dönməsin bağrınız daşa, durnalar. Q.Zakir. Bagrı dəlinmək - bax bagrı qan olmaq (qana dönmək). Bəs olmadı, getdi yar əlindən; Həm bağrı dəlindi xar əlindən. Məsihi. Bagrı qan olmaq (qana dönmək) - son dərəcə müztərib və mütəəssir olmaq, kədərlənmək, qüssələnmək. Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Bagrı yanmaq - 1) susamaq; 2) məc. həsrət çəkmək, hicran keçirmək. Bax bu qaşa, bax bu gözə; Yandı bağrım, döndü közə. Aşıq Ələsgər. Bagrı yarılmaq - 1) ölmək; 2) bərk qorxmaq, dəhşətə düşmək. Bağrım yarılır xəncəri-bürranını görcək. M.Ə.Sabir. [Məşədi Əsgərin] silisçidən bağrı yarılırdı. S.M.Qənizadə. [Gülnisə:] Danışanda adamın gözünün içinə bir tövr baxır ki, az qalır adamın bağrı yarılsın. Ə.Haqverdiyev. [Döyüldüyü üçün] uşaq molladan qaçar və molla adı gələndə bağrı yarılardı. Sarabski. Bağrına basmaq - məhəbbətlə, nəvazişlə qucaqlamaq. Tutuban bağrına basdın o səri-zülfü, könül; Belə fikr eylədin, ol müşk sənin canındır. S.Ə.Şirvani. Oturmuş ana, basmış bağrına; Nazlı körpəsin, lay-lay der ona. A.Səhhət. Xədicə rəngi qaçmış .. halda içəri girdi və uşaqlarını bağrına basıb .. ağladı. S.S.Axundov. Bağrını çatlatmaq - bax bağrını yarmaq. Bağrını dəlmək - son dərəcə kədərlənmək. Bağrını qana döndərmək (qan eləmək) - həddən artıq kədərləndirmək, iztirab vermək. Ləli-nabin həvəsi bağrımı qan eylədiyin; Ah kim, qanlı yaşım qılmadı izhar sana. Füzuli. Ələsgərəm, sana qurban; Gəl eyləmə bağrımı qan! Aşıq Ələsgər. Bağrını yarmaq - 1) öldürmək; 2) bərk qorxutmaq, dəhşətə salmaq. Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev. Yuvasında eşələnən bir qırğı onların bağrını yarmışdı. Mir Cəlal. [Xəlil:] Ay balam, bir az özünə toxtaqlıq ver, uşaqların bağrını yarma. P.Makulu. Paylaşın - Hamı bilsin
|