BAŞ-BEYİNis. bax baş 1-ci mənada.
□□ Baş-beyin getmək - səs-küydən, danışıqdan və s.-dən dəng olmaq, qulaqları tutulmaq, əziyyət çəkmək, təngə gəlmək. [Sübhanverdizadə:] Gör kim harada oturub, kişinin kabineti də yoxdur. Az qalır baş-beyni getsin. S.Rəhimov. Baş-beyni aparmaq dəng etmək, qulağını batırmaq (son dərəcə çox danışmaqdan, qışqırmaqdan, səsküydən). [Səfərqulu:] Baş-beynimizi aparma, bizim dərdimiz sənə qalmayıb. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|