BAŞIAŞAĞA, BAŞIAŞAĞI1. zərf Başmı aşağı dikmiş halda, başmı aşağı salmış halda. Sərdar evlərinin qabağında bir daxmaya girib, səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır. C.Məmmədquluzadə.
zərf Tərsinə dönmüş, baş tərəfı aşağıya çevrilmiş. Stəkanı başıaşağı qoymaq. Başıaşağı durmaq. zərf Getdikcə aşağıya tərəf; mayili, eniş, yuxarıdan aşağı. Başıaşağı gedən yol. Dağdan başıaşağı enmək. zərf Çayda suyun axıb getdiyi tərəfə. Çayla başıaşağı üzdüm. sif. məc. Sakit, dinc, fağır, heç kəslə işi olmayan, ancaq öz işi ilə məşğul olan. Başıaşağı adam. - Səfər doğrudan da qızların xoşuna gələnlərdən deyildi. Fağır, başıaşağı bir oğlandı. Ə.Haqverdiyev. Evlənən kəsbkar, başıaşağı olmalı imiş. Çəmənzəminli. Pəri xanım Rüxsarəni başıaşağı, təmiz bir qız və dünya gözəli bir mələk kimi tanıyırdı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|