BOYAMAQf. 1. Bir şeyi boyağa salaraq və ya bir şeyə boya sürtərək ona müəyyən bir rəng vermək; rəngləmək. Bezi boyamaq. Qapıları boyamaq. Saçlarını boyamaq.
// Məc. mənada. Meşənin üzərində bir yaylaq qızartısı artır, getdikcə meşəni boyayırdı. S.Rəhimov. məc. Batırmaq, bulamaq, qərq etmək. General Nakaşidzenin başı parçalanmışdı. Ağzını tez-tez açıb yumur, qanlara boyadığı Bakıya vida edirdi. M.S.Ordubadi. Kirləndirmək, ləkələndirmək, batırmaq. Uşaq əllərini mürəkkəbə boyadı. Bir şeyin çoxluğunu, bolluğunu bildirir. [Heydər bəy:] Hanı qızılbaş və osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı. M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|