BOYALIsif. 1. Boyanmış, rənglənmiş, rəngli; boya sürtülmüş. Boyalı kağız. - [Kişinin] qara boyalı bığlarının ətrafındakı dərin cizgilər gah bu füsunkar mənzərə qarşısında xəfiflənir, gah da dərinləşərək ağır qayğılar ifadə edirdi. Çəmənzəminli. Dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əliayağı xınalı adamlarla dolmuşdu. M.İbrahimov.
// Üzünə boya (kirşan və s.) sürtmüş, üzünü boyamış. Boyalı qadın. məc. Zahirən aldadıcı, süni. [Qətibə:] Ancaq mən sevgilərin bu qədər aldadıcı və boyalı olduğunu bilmirdim. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|