BUSƏis. [fars.] Öpüş. Can alıb bir busə versən ləblərindən, ey pəri! Sanma kim, Seyyid belə sevdayə eylər etiraz. S.Ə.Şirvani. [Qacar:] Deyirlər şirindir busənin dadı; O da kor bəxtimə qismət olmadı. S.Vurğun.
Busə etmək - öpmək. Cəlil ağa isə Şəfiqəni və uşaqlarını busə edib rahat olmağa getdi. İ.Musabəyov. Paylaşın - Hamı bilsin
|