BURUMis. 1. Burula-burula çıxan (qalxan, hərəkət edən) şarşəkilli kütlə. Tüstü burumları. Qar burumları.
2. “Bir” sözü ilə: bir burum məh. - bir dəfə, bir kərə. Bir burum qaynamaq. burum-burum zərf Burum (1-ci mənada) halında. Ərzurumun gədiyinə varanda; Onda gördüm, burum-burum qar gəlir. Aşıq Kərəm. Qara və qorxunc tüstü burumburum göyə dirəkləndi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|