BÜKÜLMƏKf. 1. Qatlanmaq, əyilmək, bükük hala düşmək. Qəhrəman .. [Xavərin] dizlərinin büküldüyünü və qeyri-ixtiyari yerə oturduğunu gördü. M.İbrahimov. [Tamara:] Külək əsər, gül bükülər. S.Vurğun.
Əyilmək, ikiqat olmaq, belini əymək. Beli bükülmək. Boynu bükülmək. - Həcər cəld bükülüb evə girdi. S.Rəhimov. məch. Sarınmaq, bürüdülmək. Xına bir kağızparçasına bükülmüşdü. C.Məmmədquluzadə. məch. Müəyyən qaydada qatlanmaq. Kiçik və ipək parçalar bükülüb, güvə dəyməmək üçün tütünə qoyuldu. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|