İzahlı lüğət

BÜKÜLÜ

sif. 1. Bükülmüş, qatlanmış halda olan. Bükülü köynək. Bükülü paltar.
// Örtülmüş. Bükülü kitab.
Bir şeyə sarınmış. Bükülü qutu. Bükülü şeyləri aç. - Poçtalyon geri qayıdandan sonra İmran Əzizin otağına çıxıb, bükülü kağızı açdı. Ə.Vəliyev.
İs. mənasında. Bükülmüş şey. Sarina bükülünü açıb, Tolstoyun “Sevastopol hekayələri” kitabçasını .. gördü. Ə.Əbülhəsən.
// “Bir” sözü ilə: bir bükülü - içinə müəyyən miqdarda şey bükülmüş. Usta Qiyas
əlini cibinə salır, bir bükülü pulu onun qabağına qoyur. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed