BÜKÜMis. 1. Paltarın və s.-nin bükük yeri.
Bükmə üsulu, tərzi. Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükümü sayaq bir fitəyə büküb qoydu səkiyə. Çəmənzəminli. Kağıza və s.-yə bükülmüş şey. Yunis çamadanı açıb bir büküm çıxardı, kağızı cırıb bükümü uşağa verdi. Mir Cəlal. “Bir” sözü ilə: bir büküm - bükülmüş, qatlanmış. Bir büküm lavaş. Bir büküm halva. Qırış. [Kərim bəyin] alnının bükümləri bir neçə dəfə oynadı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|