İzahlı lüğət

BİHAL

zərf və sif. [fars. bi... və ər. hal]
Halsız, taqətsiz, yorulmuş, əldən düşmüş; üzgün, zəif. Bihalyıxılmaq. - Sübh vaxtında bir qoca çaqqal; Aclıq etmişdi çox onu bihal.S.Ə.Şirvani. Kərbəlayı Qulaməli, hacının bu sözlərini eşidəndə, uca sövtlə hönkürüb, bihal dizi üstə çökdü. Ə.Haqverdiyev. Əjdər bihal uzanmalı oldu.. S.Rəhman.
Özündən getmiş, ürəyi keçmiş, bayğın.
Bihal olmaq - özündən getmək, bayılmaq. [Kəblə Fatma:] Nazlını bir fənd ilə
dilə tutdum, amma, vallah, o qədər ağlayıb ki, az qalıb ki, bihal olsun. C.Məmmədquluzadə. [Əbdül:] Sara xanımın halı fənalaşır, bihal olub, tez həkim lazımdır. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed