BİDƏRD[fars.] 1. Bax dərdsiz. Böylə kim ol dilrüba bidərddir, mən dərdmənd. Füzuli. Gər rəfiqin ola bidərd, davasız dərddir; Əhli-dildən gələ, min zəxm o bir dərd olmaz. M.V.Vidadi. Çün sübh çayın içdi kişi, çıxdı kənarə; Bidərdü qəm oldun. M.Ə.Sabir.
2. İs. mənasında. Bidərdlərdə dərd görüb çarə eylədim. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|