BİHÖRMƏTsif. və zərf [fars. bi... və ər. hürmət] Hörmətsiz. [Səadət xanım:] Bağışlayın, əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm... Mir Cəlal.
□ Bihörmət etmək - hörmətdən salmaq, biabır etmək, alçaltmaq. [Bədircahan bəyim:] A kişi, .. bunların təqsiri nə idi ki, sən bihörmət elədin? N.Vəzirov. Bihörmət olmaq - hörmətdən düşmək, biabır olmaq. ..Hər kim Əlyarovun bir sözünü iki eləməyə cəsarət eləsə, .. ən yüngül cəzası bihörmət olub, işdən qovulmaqdır. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|