BACARMAQf Əlindən gəlmək, görə bilmək, bir işi görməyə qabiliyyəti, iqtidarı olmaq, öhdəsindən gələ bilmək, müvəffəq olmaq. İş görməyi bacarmırsan. Şahmat oynamağı bacarmıram. - Şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun. C.Məmmədquluzadə. [Qüdrət:] Gəmi vermirlər? Almaq lazımdır. Almağı bacarmaq lazımdır. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|