İzahlı lüğət

BAC

is. [fars.] köhn. 1. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alman rüsum, vergi. Koroğlu karvanın qabağını kəsdi, bac verməklərini söylədi. “Koroğlu”.
// Ümumiyyətlə, vergi.
// Məc. mənada. klas. Ta ki ol ahu gözün mülki-Xütəndən bac alır. Xətayi. Səbzə gülə verdi müşk bacın; Gül səbzəyə mülkünün xəracın. Füzuli.
tar. Qalibin məğlubdan aldığı təzminat, vergi. Gəl sənə söyləyim, bazirganbaşı; Gəlmişəm səndən bac alam, gedəm. “Koroğlu”.
məc. İntiqam, qisas, əvəz çıxma. [Tərlan xanım:] Zəmanəyə bax! Işə bir bax. Gör kim kimdən bac alır! Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......