BADAMis. [fars.] İsti ölkələrdə yetişən sərt qabıqlı, ləpə şəklində ləzzətli bir meyvə və bu meyvənin ağacı. Badam ağacı. Badam yağı. Acı badam (dadı acı olub, yağı texnika və əczaçılıqda işlənən badam). Daş badam (qabığı bərk badam). Kağızqabıqlı badam (qabığı nazik və ləpəsi kiçik badam).
□□ Üç badam bir qoz mus. - Azərbaycan xalq musiqisində bir çox mahnı, təsnif və oyun havalarına xas olan musiqi vəzninin adı. Azərbaycan rəqs musiqisi ölçülərindən ən çox intişar edəni: sazəndələr arasında “uç badam bir qoz” deyilən vəzn əsasında olan diringilərdir. Ə.Bədəlbəyli. Paylaşın - Hamı bilsin
|