BADAMGÖZ(LÜ) sif. Gözlərinin quruluşu badama oxşayan. [Ərknaz] İran miniatürlərində rəsm edilən badamgözlü, qaraqaşlı, incəbel qızlara bənzəyirdi. M.Hüseyn. Badamgöz oğlum, yaxşı tanı yaponu. R.Rza. Allı-güllü geyinib bəzənmiş badamgözlü, şəkərsözlü qızlar, gəlinlər də yığışıb gəlmiş,.. gözəl bir məclis düzəlmişdi. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|