İzahlı lüğət

BARIŞDIRMAQ

f. 1. Düşmənçilik edən tərəflər, yaxud bir-birindən küsənlər arasında sülh və sazişi, dostluq və səmimiyyəti yenidən bərpa etmək, aralarını düzəltmək. Düşmənləri barışdırmaq. Küsülüləri barışdırmaq. - Bu [üzük] qırıq könüllərinizi birləşdirir, küskün ruhlarınızı barışdırır. H.Cavid. Ancaq Rəhim bəy ilə Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb getsinlər. S.S.Axundov.
2. məc. Uyğunlaşdırmaq, müvafiqləşdirmək, uzlaşdırmaq. Ziddiyyətləri barışdırmaq. - Miçurin çalışırdı ki bir-birini qəbul etmək istəməyən və ayrı-ayrı növlərə məxsus olan cinsi hüceyrələr arasındakı bu kəskin ziddiyyəti aradan qaldırsın, yəni onları bir-biri ilə barışdırsın. M.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed