İzahlı lüğət

BAŞLANĞIC

is. 1. Bir işin, hadisənin ilk anı, əvvəli, ibtidası. Bu hələ işin başlanğıcıdır. Dərs ilinin başlanğıcı. - Bu hadisə bütün nəzmiyyə təşkilatının tərk-silah etdirilməsi üçün bir başlanğıc idi. M.S.Ordubadi. Xanlar buraya .. yaradacağı əsərin başlanğıcı üçün yenə də yollar, cizgilər axtarmağa çıxmışdı. S.Rəhimov. Ancaq başlanğıc üçün bu heç dəpis deyildi. Ə.Əbülhəsən.
// Çıxış nöqtəsi. Hadisənin başlanğıcı.
İlk əsas, ilk səbəb, ilk mənbə; ilkin.
Bir şeyin müqəddiməsi, giriş hissəsi, birinci hissəsi. Kitabın başlanğıcı. Musiqinin başlanğıcı. Pyesin başlanğıcı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......