BAŞLIQ1is. 1. Yağışdan, soyuqdan, küləkdən qorunmaq üçün başa geyilən örtü. ..Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. S.S.Axundov. Əynində boz şinel, başında başlıq; Nəysə pıçıldayır o, fəhlələrə. S.Vurğun. Başlıq örtmüş, uzunboğaz çəkmə geymiş Səriyyə içəri girəndə, Salam dik ayağa qalxdı. Mir Cəlal.
Keçmişdə: qadınların qızıl və gümüşdən qayrılıb, baş örtüsü altından qoyduqları qızıl və gümüş bəzək; cütqabağı, gəlintacı. xüs. Sərlövhə, məqalənin adı; əsərin, ya qəzetin başda yazılan qısa adı. Məqalənin başlığı. // Qəzetdə bir neçə məqalə üçün verilən ümumi sərlövhə. Bütün respublika qəzetləri onun [Şamamanın] bu yeni vədini böyük başlıqlarla görkəmli yerlərdə çap edirdi. İ.Əfəndiyev. Paylaşın - Hamı bilsin
|