İzahlı lüğət

BAŞSIZ

sif 1. Başı olmayan. Başsız bədən.
məc. Ağılsız, gic, axmaq.
// Çox huşsuz.
Böyüksüz, sahibsiz, yiyəsiz, baxıcısız, nəzarətsiz, başçısı olmayan. Başsız təsərrüfat. Başsız uşaq.
// Zərf mənasında. Başsız qalmaq. Başsız qoymaq. - Başsız qalıb ayaqları iftan olan çocuq! Ey dərbədər gəzib ürəyi qan olan çocuq! M.Ə.Sabir. Ayrım qızı Kərim babanın da getdiyini, naxırın başsız qaldığını bilmişdi. A.Şaiq.
Azğın, önüalınmaz, qabağıalınmaz. [Elçin:] Başsız axan suları özümüzə tabe etsək də, hələlik göylərə gücümüz çatmır. Z.Xəlil.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......