BAT-BATis. bot. Bəngotu; pis qoxulu acı dadan ot bitki (xalq təbabətində işlədilir). Gödək saplaqlı yaşıl rəngli və yumurtayaoxşar zəhərli otların, məsələn, bat-batın çiçəyindən olan bal da zəhərli olur. H.Zərdabi. Bat-bat 0,5-1 m hündürlükdə yaşıl rəngli, şirəli, çılpaq və haça qol-budaqlı gövdəyə malik.. birillik bitkidir. Əliyev.
Paylaşın - Hamı bilsin
|