BATIQsif. 1. Çuxura düşmüş, dərinə düşmüş, çökmüş. Batıq ordlar. Batıq göz.
[Fərmanın] sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb. Ə.Haqverdiyev. [Rüstəm:] Qoy onun [Nübarm] o quyuya düşmüş batıq gözləri lap kəlləsinə çıxsın. S.Rəhimov. Zədələnmə və s. nəticəsində bir tərəfi batmış, çökmüş, çökəklik əmələ gəlmiş. Böyrü batıq vedrə. Yanı batıq cam. - Astanada tüstülənir böyrü batıq samovar. S.Rüstəm. // İs. mənasında. Bir qədər batmış, çökmüş, çuxura düşmüş yer. Vedrənin batığı. Ordun batığı. Boğuq, batmış. Batıq səs. - Qoy hələ Salman çəksin, - deyə Aslan yarımçıq və batıq bir səslə Qulam müəllimə cavab verdi. S.Rəhimov. [Ərbabın] batıq səsi eşidildi. Mir Cəlal. Bulaşıq, bulaşmış, çirkli, bir şeyə batmış. Batıq qab. Batıq boşqab. Paylaşın - Hamı bilsin
|