BATMANis. Azərbaycanın müxtəlif yerlərində müxtəlif ağırlıqda (əsasən 20 girvənkə ağırlığında) olan köhnə çəki ölçüsü. [Hacı Kərim:] Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur. M.F.Axundzadə. Əhli-xibrə qoydular qan-tarə şahi çəkdilər; Əlli batman istixani gəldi, yüz batman əti. M.Möcüz. Qazanın hər biri sözsüz dörd-beş batman düyü çıxaran qazandı. M.S.Ordubadi.
□□ Agır oturub, batman gəlmək - vüqarlı olmaq, ağır olmaq, ciddi olmaq. Ağır otur, batman gəl. (Ata. sözü). Özünü batman hesab eləmək - özü haqqında çox böyük fikirdə olmaq. [Ağa Kərim:] Rədd ol! Ədə Xalıq, .. gəl buna göstər ki, çetvərdir, özünü batman hesab eləməsin. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|