BƏB(İ)Ris. [fars.] Məməli heyvanların yırtıcılar dəstəsinə mənsub pələngəoxşar heyvan. Vəhşi heyvanlardan Lənkəran sahəsində bəbir və respublikamızın meşələrində çoxlu ayı, tülkü və Sibir samuru vardır. M.Qaşqay.
□ Bəbri-bəyan məc. - çox qoçaq, çox igid adam haqqında. Mən dedim bəs Xançobanı cavandır; Bir igid oğlandır, bəbri-bəyandır. Nəbati. ..Belə qüvvətli, məhabətli, şücaətli cavan, şiri-jəyan bəbribəyan... M.Ə.Sabir. Paylaşın - Hamı bilsin
|