BƏİSTİLAH... [fars. be və ər. istilah] köhn. Adətən tərkiblərdə işlənir. ...dilində, ...dilincə, ...dilində desək, ...demişkən, ...deyildiyi kimi. Bir para müsəlman müəllimlərinin canına bir cin müsəllət olub ki, yoldaşları öz aralarında hər nə deyir, .. haman cin gedib qorodovoya .. xəbər verər, yəni bəistilah(i)rus şpionluq edir. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|