BƏLAĞƏTis. [ər.] Fikrini gözəl, aydın, düzgün və inandırıcı sözlərlə ifadə etmək qabiliyyəti; natiqlik istedadı. Onun danışığında bir bəlağət var. - Oğlanın qəzəlpərəst atası.. barmağını mənə tərəf uzadıb başladı bəlağətlə (z.) oxumağa. C.Məmmədquluzadə. [Əmiraslan:] Siz də o fəsahət, bəlağət qapısı olan ağzınızı açıb camaatı bizim itaətimizə çağıracaqsınız. S.S.Axundov. [Rəhim xan:] Sənin ağıl, kamal, fəsahət və bəlağətin mənim nəzərimi cəlb etdi. C.Cabbarlı.
// Gözəllik, bədiilik, aydınlıq (danışıqda). Paylaşın - Hamı bilsin
|