BƏLƏKis. 1. Körpə uşağı bələməyə məxsus sarğı, qundaq. Dürdanə xanım dad təpdi ki, mənim qızım hələ körpədir; nə bilim, bələkdən təzə çıxıb. Ə.Əbülhəsən. [Şair] içəri girib, Afaqın başı yanındakı kiçik bələyə yaxınlaşdı. Ə.Məmmədxanlı.
Çıx. halında: bələkdən - lap körpəlikdən, uşaqlıqdan. [Qarı:] Vallah, deyəsən ki, onun bu savaşdan ölən oğluna guya mən bələkdən nişanlıymışam. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|