BƏQƏDRİ...[ər.] köhn. Aşağıdakı tərkiblərdə işlənir: bəqədri-qüvvə - qüvvə çatdıqca, güc çatdıqca, imkan daxilində. [Biz] hər bir şairin məsləkini, üslubi-kəlamını və öz əsr və zəmanasının təqazasınca nə növi əsərlər vücuda gətirdiyini.. bəqədri-qüvvə açıb göstərmişik. F.Köçərli. [Tahirzadə:] Suallarınıza bəqədri-qüvvə cavab verməyə hazıram. Mir Cəlal; bəqədri-imkan - imkan daxilində; bəqədri-lüzum - lazım olduqca, lazım gəldikcə, ehtiyac olduqca, lazımi surətdə. [Ağa Mərdan:] İndi durum gedim, məhkəmədə olan haşiyənişinləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədrilüzum quyruq bulasınlar. M.F.Axundzadə; bəqədri-məqdur - imkan daxilində, vəziyyətdən asılı olaraq. Qalan artistlər hamısı bəqədri-məqdur rollarını keçirtdilər. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|