BƏRBADis. [fars.] Dağılmış, dağınıq, pozğun, pərişan, uçmuş, pozulmuş; çox pis, çox xarab, çox yaman.
□ Bərbad etmək (qoymaq) - dağıtmaq, pozmaq, viran etmək, xarab etmək; heçə çıxarmaq, puç etmək, alt-üst etmək. Bərbad olmaq - dağılmaq, viran olmaq, pozulmaq, xarab olmaq; heçə çıxmaq, puç olmaq, alt-üst olmaq. 'Bütün əməyim bərbad oldu. Evi bərbad olmuş - qarğış yerində işlənir. Sən girməyən evlər qoy olsun bərbad; Öldürsün əmiri qaşların, gəlin. (Qoşma). [Mirzə Qoşunəli:] 'Evi bərbad olmuş məni işimdən-gücümdən avara, sərgərdan eləyib. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|