BƏRƏ1is. 1. Ov gözlənilən yer, pusqu, marıq. Ovu bərədə vurmalı. (Ata. sözü). Aslantək bərəyə yataq; Düşmənlərə şeşpər ataq. “Koroğlu”. Kəmənd əldə, səyyad ov bərəsində; Ovçu da ağlayar, maral da ağlar. Aşıq Növrəs İman. Kişlək ovu tam bərəyə, birbaş ovçunun üzərinə gətirir. S.Rəhimov.
Çıxacaq yer, yol, aralıq. Tutulub bəndərgah, kəsilib bərə; Tapmırıq çıxmağa yol, aman, aman! “Koroğlu”. Paylaşın - Hamı bilsin
|