İzahlı lüğət

BƏRƏKƏT

is. [ər.] 1. Bolluq, məhsuldarlıq. [Əmioğlu:] Yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapıbir qonşularımızın pambığının bərəkətinə bağlıdır. C.Məmmədquluzadə. [Nizami:] Məmləkətimizin mövqecə əhəmiyyəti, düzlərimizin zənginlik və bərəkəti daima düşmənlərimizin iştahasını coşdurmuşdur. M.S.Ordubadi.
□ Bərəkət tapmaq, bərəkət artmaq - bollaşmaq, çoxalmaq; qiymətə minmək. Veylabadda hər bir şey danışılırdı, .. çoxlu ocaqlar (pirlər) zühur etmişdi, .. birdən-birə mollalarınpulları bərəkət tapmışdı. Çəmənzəminli. Bərəkəti qaçmaq - azalmaq, tükənmək, qiymətdən düşmək.
Səmərə, fayda, xeyir, artım. Bərəkət ondur, onu da düzlük. (Ata. sözü).
Çıx. halında: bərəkətindən - üzündən, nəticəsində, sayəsində. [Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq. C.Məmmədquluzadə.
Nida mənasında. ..Qış fəsli nə qədər gözəl olsa da, yenə bahar fəslinə bərəkət! C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed