BƏRƏKSzərf [fars. bər və ər. əks] Əksinə olaraq, əksinə, tərsinə, ziddinə, zidd. Bərəks danışmaq. - [Balaqardaş:] Hər kim mənə bərəks getdi, vay onun halına!.. N.Vəzirov. [Mehri xanım:] ..Sən niyə onun sözünə bərəks gedirsən. Ə.Haqverdiyev. Hacı Səməd, başqa müsəlman atalara bərəks olaraq, uşaqlarının dərslərinə, ədəb və tərbiyəsinə çoxfikir verirdi. S.S.Axundov.
Paylaşın - Hamı bilsin
|