BƏRƏLMƏKgözləri (gözü) bərəlmək
qorxudan, hiddətdən, acıqdan, heyrətdən, çaşqınlıqdan gözləri geniş açılmaq, genəlmək, böyümək. Valya yavaş-yavaş yerindən tərpəndi, gözləri bərəlmiş halda dərindən nəfəs aldı. S.Rəhimov. Rəhim bəyin gözləri bərəldi: - Adə, mənimpeşkəşimi geri qaytarırsan? [dedi] M.Hüseyn. □ Gözləri bərələ qalmaq - güclü işıqdan, yaxud təəccübdən gözləri geniş açılmaq. İşıqdan qamaşan gözlər bərələ qaldı. Mir Cəlal. [Şahın] piy basmış gözləri bir an içərisində ölü qoyun gözü kimi bərələ qaldı. P.Makulu. Paylaşın - Hamı bilsin
|