BƏRK-BOŞis. dan. Həyatda qarşıya çıxan çətinliklər, müşkülat, çətin vəziyyət; imtahan, sınaq. [Cəbiş:] Ömrümdə çox-çox bərkboş görmüşəm, ancaq hələ .. belə nəgəhan şey görməmişəm. S.Rəhimov.
□□ Bərkdən-boşdan çıxmaq - təcrübəli olmaq, sınaqdan çıxmaq, imtahandan keçmək. Bərkdən-boşdan çıxmış adam. - [Qara kişi:] Elə ki, bir az bərkdən-boşdan çıxdı, .. asan olacaq! Ə.Əbülhəsən. Bərkdən-boşdan çıxarmaq - sınaqdan çıxarmaq, sınaqdan, imtahandan keçirmək, imtahan etmək. Bərkə-boşa düşmək - çətin vəziyyətə düşmək. Bir var Nərimanı qucağından qırağa qoymayasan, .. bir də var bərkdən-boşdan çıxarasan. Mir Cəlal. Bərkə-boşa salmaq- b ax bərkdən-boşdan çıxarmaq. [Zahidi] bərkə-boşa salıb, imtahandan çıxarmaq üçün vasitə axtarıram. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|