BEŞİKis. 1. Körpə uşaqlara məxsus yırğalanan kiçik yatacaq. Bir körpə uşaq beşikdə yatmış; Rahət əl-ayaqların uzatmış.
Səhhət. Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk [Azərbaycan] dilində lay-lay deyirdi. C.Məmmədquluzadə. Yatır eyvanda körpə, qədim asma beşikdə. M.Rahim. məc. tənt. Bir şeyin törədiyi, meydana gəldiyi yer; mənbə, yurd, ocaq, Vətən mənasında. Şirvan vilayəti qədimdən şüəra və ürəfa beşiyi olmağını mərhum Hacı Seyyid Əzim dəxi öz tərcümeyi-halına dair yazdığı mənzumatında təsdiq (edir). F.Köçərli. Gözəl vətən! Mənan dərin; Beşiyisən gözəllərin! S.Vurğun. Burda beşiklərimiz üzərinə göydə süzən qartalların kölgəsi düşmüşdür. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|