BEŞİLLİK1. sif. Beş il sürən, beş il müddətli, beş il davam edən. Beşillik məktəb. Beşillik xidmət.
// Beş il müddətinə tərtib edilmiş, beş ili nəzərdə tutan. Beşillik neftçıxarma planı. İs. mənasında. 'Birinci beşillik. Beşillik dörd ildə yerinə yetirildi. - Niyə mən istəyən olmasın? Niyə? Mənim beşilliyim dolmasın, niyə? M.Müşfiq. sif. Beş yaşında olan, beşyaşar. Beşillik at. Beşillik ağac. sif. Beş ildən qalma, beş il ömrü olan. Beşillik şərab. Paylaşın - Hamı bilsin
|