BEYƏTis. [ər.] köhn. Birinin hakimiyyətini qəbul edərək ona tabe və sadiq olma. Aşinalar ixtilatında sədaqət görmədim; Beyətü iqrarü imanü dəyanət görmədim. M.P.Vaqif. Beyət mərasimi gecə qaranlıq düşənə qədər davam etdi. M.S.Ordubadi.
Beyət etmək - tabe olmaq, hakimiyyətini qəbul etmək. [Cəfərqulu xan:] Mən Qacar nəslinin gözünün qabağında sənə əbədi beyət eləmək istəyirəm. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|