BEZARsif. [fars.] Usanmış, bezmiş, çiyrinmiş, təngə gəlmiş; incik, narazı. Sevgilim, eşqü həvəsdən daha mən bezaram; İndi bir başqa dilarama pərəstişkaram. A.Səhhət.
Bezar olmaq - usanmaq, bezmək, çiyrinmək, təngə gəlmək. Canından bezar olan tanrıya qarğar. (Ata. sözü). Olmuşdu bəşərdən öylə bizar; Kim özgəsini sanırdı əğyar. Füzuli. Bu saat camaat dünya davasından bezar olmuşdur. Ə.Vəliyev. Bezar etmək usandırmaq, təngə gətirmək, cana gətirmək, bezikdirmək, çiyrindirmək. Şəfqət bacısı yaxınlaşıb, hamını qışqırığı ilə bezar eyləyən bu əsgəri qaldırmaq istədi. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|