BİÇƏNƏKis. Biçiləcək yer, otlaq, çəmənlik. Nəbi biçənəyin içində oturub, atını otarırdı. “Qaçaq Nəbi”. Taxıl zəmiləri arasındakı biçənəklər yenicə toxunmuş əlvan xalılar kimi yerə sərilmişdi. M.Hüseyn. Daşlıq yolun kənarında ot-ələf elə ucalmışdı ki, deyərdin buralar xüsusi biçənək yeridir. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|