İzahlı lüğət

BİÇİMSİZ

sif. 1. Bədən quruluşu, görünüşü pis; bədəni qeyri-mütənasib, eybəcər, yöndəmsiz. Biçimsiz adam. Biçimsiz bədən.
Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi. A.Şaiq.
Pis biçilmiş, pis tikilmiş, yaraşıqsız, səliqəsiz, tənasübsüz. Biçimsiz paltar. - Şəkildə görünən zatın .. əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi. M.S.Ordubadi.
Ümumiyyətlə, pis, çirkin, kobud mənasında. [Jenya:] Biçimsiz və tez-tez dəyişib, başqa rəng alan düşüncələr səni tez-tez o tərəf-bu tərəfə çırparaq yormaqdadır. M.S.Ordubadi. Vaxtı ilə musiqidə formalizm tərəfdarları da melodiyanı nizamsız və biçimsiz kobud səslər yığını ilə əvəz etmişdilər. Ə.Bədəlbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed