BİÇMƏKf. 1. Taxılı, otu oraq, dəryaz, maşın və s. ilə kəsmək. Taxılı biçmək. Otu biçmək. Tarlanı biçmək. - Biz məgər bilmirik taxıl biçmək. S.Ə.Şirvani.
// məc. Götürmək, əldə etmək mənasında. Nə əkərsən, onu biçərsən. (Məsəl). Çün hər nə kim əkərsən, anı biçərsən, axır. Nəsimi. Parçadan boya, bədənə görə paltar və s. kəsmək. Şalvar biçmək. Palto biçmək. // Umumiyyətlə, kəsmək. Sıxır bədənimi bu kor fələyin; Əynimə biçdiyi don aşkar-aşkar. B.Vahabzadə. məc. Qırxmaq. Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı. S.Rəhimov. məc. Kütləvi surətdə qırmaq, öldürmək, məhv etmək (bəzən “biçib-tökmək” şəklində işlənir). [Həmzət:] İldırımmisal qılıncı ilə düşmənləri biçib-tökür. M.Hüseyn. Bəzi sözlərə qoşularaq, ifadələr düzəldilir; məs.: boğazmı biçmək, divan biçmək və s. Paylaşın - Hamı bilsin
|