BİDAD[fars.] 1. Zülm, əzab, əziyyət.
Bidad etmək (eləmək) - zülm etmək. Xublar kim bu qədər könlümə bidad eylər; Bir usanmaz çəkə əl, dil dögümüş, ahən imiş.S.Ə.Şirvani. Onu rahat öldürmüşdür Bəypolad; Sinəmə dağ çəkmiş, eyləmiş bidad. Səhhət. ..[Ağabala] danışırdı ki, qolçomaq tayfası kənddə bidad eləyir. S.Rəhimov. Dad-bidad - bax dad. 2. məc. Amansız, rəhmsiz. Cismi-zarım tiği-bidadından oldu çak-çak. Füzuli. Paylaşın - Hamı bilsin
|