BİLYARD[fr.] 1. Üzərinə mahud çəkilmiş xüsusi miz üstündə şarlarla oynanılan oyun. Bilyard oynamaq. Bilyard şarı. - Maşallah, gecə-gündüz valimiz; Çalır partapiyan, oynayır bilyard. Q.Zakir. Bu oğlan bilyard oyununu özünə peşə eləmişdi. Ə.Haqverdiyev.
2. Bu oyun üçün bortları və yanlarında kisəcikləri (torları) olan miz. Onlar bilyard taxtası üstündə toqquşan şar kimi bir-birindən aralanıb uzaqlaşırdılar. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|