İzahlı lüğət

BİNA

is. [ər.] 1. Tikili, mülk, ev. Gözəl və yüksək bina. Məktəb binası. Daş bina. Yeni teatr binası. - [Mədəd] vağzalın böyük binasından keçib, relslərin üstündən adlayaraq, depoya tərə/ getdi. M.İbrahimov. Ferma müdiri .. məni binaya apardı. İ.Əfəndiyev. Oynamaq üçün teatr binası yox idi. S.Rəhman.
// Məc. mənada. Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas məqamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. Ü.Hacıbəyov. Sevgi və məhəbbət binasının davamı onun möhkəm bir təməl üzərində qurulmasından asılıdır. M.S.Ordubadi.
dan. Bünövrə, özül, təməl, əsas. 'Evin binası. Dəmir-beton bina. Anbarın binası daşdandır.
// Məc. mənada. Azərbaycan(lıların) danışdığı dilin şivəsi çox isə də, binası və kökü birdir. F.Köçərli.
□ Bina edilmək
b ax bina olunmaq. Bina etmək- 1) təsis etmək, əsasını qoymaq. ..Bu qəzetənin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun .. yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. C.Məmmədquluzadə; 2) məc. düzəltmək, təşkil etmək, qurmaq. Oldu siçanlarda əyan macəra; Eylədilər təziyə bəzmin bina. S.Ə.Şirvani. Bina ol(un)maq - tikilmək, qurulmaq, təsis edilmək, əsası qoyulmaq. Bu əski imarətin tarixini bilirsinizmi? Kim tərə/dən bina olmuş? S.S.Axundov. [İsgəndərzadə:] Bu kənd bina olandan məktəb görməyibdir. Ə.Haqverdiyev;
// Məc. mənada. Bu qəzet kim, olub cahanda bina; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani. Bina qoymaq - 1) tikmək, təsis etmək, qurmaq, özül atmaq. Məşədi Əsgər tərəqqi edəndən sonra, öz köhnə muzdur yoldaşlarından bir neçələrini başına yığıb, onlara əl tutmaq üçün gəmiçilik şirkəti bina qoydu. S.M.Qənizadə;
// Məc. mənada. [Süleyman bəy:] Budur, iki ildir mənimlə dostluq binası qoyublar. Ə.Haqverdiyev; 2) məc. köhn. Həll etmək, çarə düşünmək, əncam çəkmək. [Səkinə xanım:] İndi dur get, Əzizbəyi bura çağır, görüm bu işə nə bina qoyur? M.F.Axundzadə; 3) qəsd etmək, istəmək, başlamaq, təşəbbüs etmək. [Məşədi] istədi dükan qonşusu ilə politika söhbəti bina qoysun. Ə.Haqverdiyev. Binası qoyulmaq - b ax bina olunmaq. Həmin binası qoyuldu möhkəm; Gülümsər kainat, gülümsər həyat. S.Vurğun. Binasını qoymaq
1) bax bina etmək; 2) məc. başlamaq. Qara köpək .. Qaraca qızın səyi ilə azacıq sakit oldu və axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu. S.S.Axundov.
Çıx. halda: binadan - ibtidadan, lap əvvəldən, əzəldən. Ənliyi-kirşanı neylər camalın; Sən elə gözəlsən binadan, Pəri. M.P.Vaqif. Pəriyəm, söylərəm şahü gədadan; Qafiyə dilpəsənd gərək binadan. Aşıq Pəri. Çünki olar ilə başdan, binadan; Birevli kimiyiz ata-babadan. Q.Zakir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed