İzahlı lüğət

BİNAGÜZARLIQ

is. [fars.] 1. Tədbir, sərəncam, çarə, çıxış yolu. Bu xüsusda bir binagüzarlıq lazımdır. - [Mirzə İsmayıl:] Rəcəb kəndxuda, binagüzarlıq səninlədir. Ə.Haqverdiyev.
Rəsmi tapşırıq, əmr, qərar, qanun, sərəncam.
□ Binagüzarlıq etmək - 1) tədbir görmək, çarə etmək, çıxış yolu tapmaq. [Divanbəyi:] Ey, Kamalov, mən gərək yurdumuza qayıdıb, quldurları axtarmaq üçün binagüzarlıq edəm. M.F.Axundzadə. Bu işə təcili binagüzarlıq etmək üçün çalışmaq yoldaş Cəmilə tapşırılır... Mir Cəlal; 2) qanun vermək, qərar çıxartmaq;
// tapşırıq vermək, sərəncam vermək. İstənilən qüvvənin tezliklə göndərilməsinə binagüzarlıq edəsiniz. M.S.Ordubadi. Artırmanın qabağında binagüzarlıq edən yüzbaşı hərdən ağasına dadlı bir təbəssümlə müraciət edir. Çəmənzəminli. Qoy Kruçininə pərdəni açmaq üçün binagüzarlıq eləsin. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed