BİNAMUSsif. [fars. bi... və ər. namus] Namussuz. [Bəkir:] Sizin kimi qəhrəmanın qabağında ölmək yaxşıdır, nəinki binamus, namərd adamların üzünü görmək. N.Vəzirov. [Sərtib:] Atamın qanını unutmaq üçün mən gərək bişərəf və binamus bir adam olam. M.İbrahimov. Silahı qorumayan binamusdur, yassardır. R.Rza.
Paylaşın - Hamı bilsin
|