BİNƏis. 1. Köçərilərin mal-qara ilə köçüb, kənddən kənarda məskən saldıqları yer; yurd, köç. Qaya çobanın yaşadığı kiçik binə böyüməyə başlayıb, bir kənd şəklinə düşür. M.S.Ordubadi. Pası yaylaqdan kəndin yanındakı binəyə enmişdi. S.Rəhimov. Sadıq kişi Kürün o tayındakı binəyə getməli oldu. M.Hüseyn.
dan. bax bina. Fəhlələryer qazar, evin binəsini qoyar, usta taraz ilə ölçər, kəndir uzadar, başlayıb divarı qaldırardı. Mir Cəlal. Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. R.Rza. məh. Ov quşunun gizləndiyi, sığındığı yer. Paylaşın - Hamı bilsin
|